Qreqori Menkyu

Qreqori Menkyu
ing. Greg Mankiw
Doğum tarixi 3 fevral 1958(1958-02-03)[1][2] (66 yaş)
Doğum yeri
Elm sahəsi iqtisadiyyat
İş yeri
Təhsili Prinston Universiteti;
MTİ;
Harvard Hüquq Məktəbi
Elmi rəhbəri Stenli Fişer
Tanınmış yetirməsi Ceyson Furman
Üzvlüyü
gregmankiw.blogspot.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nikolas Qreqori Menkyu (ing. Nicholas Gregory Mankiw; d. 3 fevral 1958[1][2], Trenton[3]) — hazırda Harvard Universitetində İqtisadiyyat professoru olan Amerikalı makro-iqtisadçı. Menkyu daha çox yeni Keynesçi iqtisadiyyatına verdiyi töhfələrinə görə tanınır.

Menkyunun iqtisadiyyat və iqtisadi siyasət mövzusunda bir çox yazıları mövcuddur. 2016-cı ilin aprelində akademik nəşrlərə, sitatlara və müvafiq metriklərə əsaslanan RePEc ümumi sıralaması onu təxminən 50,000 müəllif arasından dünyanın 23-cü ən nüfuzlu iqtisadçısı adına layiq gördü. H-indeksi ilə aparılan analizlərə əsasən Menkyu ən çox sitat gətililən 11-ci və ən məhsuldar olan 9-cu tədqiqat iqtisadçısı seçildi. Bundan əlavə, Menkyu bir sıra bestseller dərslik kitablarının müəllifi, populyar bir bloq yazıçısıdır. O, 2007-ci ildən etibarən The New York Times-ın bazar günü biznes bölməsi üçün hər ay məqalələr yazır . 2011-ci ildə İqtisadiyyat professoru anketi Menkyunu sıralama da Pol Krugmandan sonra, Daron Acemoğludan isə əvvəl olmaqla 60 yaşına çatmamamış, ikinci ən favorit yaşayan iqtisadçı adlandırdı .

Menkyunun görüşləri konservativdir və o bir neçə Respublika siyasətçisinin iqtisadi məsləhətçisi olmuşdur. 2003-cü ildən 2005-ci ilədək Menkyu prezident Corc Buşun başçılığı altında İqtisadi Məsləhət Şurasının sədri idi. 2006-cı ildə Mitt Romni üçün iqtisadi məsləhətçi oldu və onunla 2008 və 2012-ci illərdə prezidentlik kampaniyaları zamanı çalışdı.

  1. 1 2 Nicholas Gregory Mankiw // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 N. Gregory Mankiw // Babelio (fr.). 2007.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #120973626 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search